USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyadan Qarabağ çağırışı

19.09.2023 Siyasət
22 4
Rusiyanın Azərbaycanın Qarabağdakı əməliyyatı ilə bağlı verdiyi bəyanatda “Rusiya tərəfi israrla münaqişə tərəflərini qan tökülməsini dayandırmağa, hərbi əməliyyatlara tez son qoymağa, siyasi və diplomatik həll yoluna qayıtmağa çağırır” deyilib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik mətbuat konfransında Azərbaycanın Qarabağda konstitusiya quruluşunun bərpası üçün başlatdığı antiterror əməliyyatı ilə bağlı dəyərləndirmələr edib.

Moskvanın Qarabağda vəziyyətin qəfil gərginləşməsindən narahat olduğunu bildirən Zaxarova, “Rusiya tərəfi israrla münaqişə tərəflərini qan tökülməsini dayandırmağa, hərbi əməliyyatlara tez son qoymağa, siyasi və diplomatik həll yoluna qayıtmağa çağırır” deyib.

Qarabağ probleminin həlli ilə bağlı bütün addımların Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçlü bəyannaməsində yazıldığını qeyd edən Zaxarova son vaxtlar Rusiyanın və beynəlxalq vasitəçilərin bu problemin həllinə töhfə vermək üçün səylər göstərdiyini vurğulayıb.

Bölgədəki Rusiya hərbi qüvvələrinin “sülhməramlı” vəzifəsini yerinə yetirdiyini deyən Zaxarova bu qüvvələrin komandirlərinin tərəflərlə daim təmasda olduğunu bildirib.