USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Paşinyandan Qarabağ bəyanatı

19.09.2023 Siyasət
2 29
Ermənistanın baş naziri Paşinyan Azərbaycanın əməliyyatı ilə bağlı açıqlama verərək, “Rusiya sülhməramlıları Qarabağda vəziyyəti sabitləşdirmək üçün tədbirlər görməlidir. Bildirmək istərdim ki, Ermənistan hərbi əməliyyatlarda iştirak etmir. Bir daha qeyd etmək istəyirəm ki, Ermənistanın Dağlıq Qarabağda ordusu yoxdur" deyib.

Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasından əvvəl Azərbaycanın Qarabağda başlatdığı antiterror əməliyyatı ilə bağlı açıqlama verib.

Paşinyan "Dağlıq Qarabağla təmasdayıq. Bununla belə, bəzi kommunikasiya problemlərimiz var. Ümumi məlumatda Qarabağa qarşı əvvəlcə artilleriya və müxtəlif maşınlarla hücuma keçildiyi, daha sonra isə müxtəlif istiqamətlərdən quru əməliyyatlarına başlanıldığı barədə məlumat verilib" dedi.

Azərbaycanın əməliyyatlara başlamazdan əvvəl Rusiya sülhməramlılarına məlumat verdiyini, Rusiya tərəfinin isə onlara məlumat verilmədiyini bildirdiyini xatırladan Paşinyan, “Bu prosesdə Azərbaycan əməliyyatlarla bağlı məlumat axını təmin edir və Azərbaycanın bu barədə məlumat verməsi bizim üçün çaşqınlıq yaradır. Rusiyalı tərəfdaşlarımızdan heç bir məlumat almamışıq. Ümid edirik ki, Rusiya sülhməramlıları Qarabağda vəziyyəti sabitləşdirmək üçün tədbirlər görəcəklər" dedi.