Rusiya prezidenti Putin “Vaqner” muzdlu döyüşçü şirkətinin keçmiş komandiri Troşevlə görüşüb.
Rusiya prezidenti Vladimir Putin “Vaqner” muzdlu dəstəsinin keçmiş komandirlərindən biri Andrey Troşevlə görüşüb.
Kremldən verilən açıqlamaya görə, dünən Kreml sarayında Putinin Troşevlə görüşündə Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov da iştirak edib.
Putin Troşevə deyib: “Son görüşdə sizin müxtəlif döyüş tapşırıqlarını yerinə yetirə bilən könüllü birləşmələrin formalaşdırılmasında, xüsusən də xüsusi hərbi əməliyyat zonasında iştirak etməyinizdən danışdıq. Siz bir ildən çox belə bir hissədə vuruşmusunuz. Bunun nə olduğunu və necə edildiyini bilirsiniz. Döyüş əməliyyatlarının ən yaxşı və uğurlu şəkildə davam etməsi üçün həll edilməli olan məsələləri əvvəlcədən bilirsiniz” deyib.