USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsrail Qəzza və Livanla sərhədə yaxın yaşayış məntəqələrini boşaltmağa hazırlaşır

08.10.2023 Siyasət
0 0
İsrailin müdafiə naziri Yoav Gallant Qəzza və Livan sərhədi yaxınlığındakı yəhudi yaşayış məntəqələrinin boşaldılması üçün hazırlıqların görülməsinə göstəriş verib.

İsrail Müdafiə Nazirliyindən verilən yazılı açıqlamaya görə, müdafiə naziri Gallant “təhlükəsiz məsafə planı”nın həyata keçirilməsini təsdiqləyib.

Buna görə, Gallant Qəzza və Livan sərhədinə yaxın yəhudi yaşayış məntəqələrinin boşaldılması üçün hazırlıq görülməsini əmr etdi, həmçinin vəziyyəti idarə etməkdə kömək etmək üçün zabitlərə, bələdiyyə sədrlərinə və təhlükəsizlik hasarına bitişik qəsəbələrə silah və sursat verilməsini istəyib.

Qəzza və Livan sərhədinə yaxın yəhudi məskənlərinin boşaldılmasını ehtiva edən “təhlükəsiz məsafə” planına görə, İsrailin şimal və cənub sərhədlərində bir kilometr uzunluğundakı xəttdən mülki şəxslərin təxliyyəsi hədəflənir.