USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya Cənubi Kipr Rum Administrasiyasına nota verib

09.10.2023 Siyasət
0 0
Rusiya Cənubi Kipr Rum Administrasiyasına (GCASC) rusiyalı jurnalistin saxlanılması və rus diplomatın yaralanması ilə bağlı nota göndərib.

Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Kipr Rum Administrasiyasının “Moskva səfiri” Kipros Yorqalisin nazirliyə çağırıldığı bildirilib.

Açıqlamaya görə, Rusiyanın notası “Rossiyskaya qazeta”nın müxbiri Aleksandr Qasyukun Cənubi Kipr Rum İdarəsində saxlanılması və Rum Səfirliyində çalışan diplomatın təhlükəsizlik qüvvələri tərəfindən yaralanması səbəbindən Yorqalisə çatdırılıb.

Yorqalisə məlumat verilib ki, rusiyalı jurnalistin dərhal azadlığa buraxılması və hadisə ilə bağlı rəsmi üzr istənilməsi gözlənilir.

“Bu təxribatın təşkilində Qərbin xüsusi xidmət orqanlarının əli olduğunu düşünmək üçün əsaslar var”, - deyə bəyanatda deyilir.