ABŞ dövlət katibi Antoni Blinken xarici işlər naziri Hakan Fidanla görüşündən sonra sosial mediada paylaşdığı "Türkiyənin atəşkəs çağırışını təşviq etdim" dediyi mesajı silib.
Blinken türkiyəli həmkarı Fidanla görüşündən sonra X-dən mesaj paylaşıb.
Mesajda, "Türkiyə Respublikasının Xarici İşlər Naziri Hakan Fidan ilə "Həmas"ın İsrailə qarşı törətdiyi terror aktları ilə bağlı növbəti görüşümüz oldu. Türkiyənin atəşkəs çağırışını və Həmas-ın bütün girovları dərhal azad etməsini təşviq etdim" deyilir.
Aşağıdakı ifadələrdən istifadə edən Blinken, Fidanla ikinci telefon danışığını edib.
ABŞ Dövlət Departamentindən verilən görüşlə bağlı verilən yazılı açıqlamada da deyilir: "İkili 'Həmas'ın İsrailə qarşı terror hücumunu müzakirə etdi. Blinken Türkiyənin davam edən əlaqəsini təşviq etdi və ABŞ-ın HƏMAS-ın hücumları dayandırması və bütün girovları azad etməsinə fokuslandığını bildirdi", - deyə məlumat paylaşıldı.
Blinken səhər saatlarında sosial şəbəkədəki paylaşımını silsə də, nazirliyin rəsmi saytında verdiyi açıqlama qalır.