Ağ Evin sözçüsü Kirbi deyib: “Biz İranın HƏMAS-ın İsrailə hücumlarında əli olduğuna dair konkret dəlil görmədik”.
Ağ Evin sözçüsü Con Kirbi İranın HƏMAS-ın İsrailə qarşı hücumlarında əli olduğuna dair konkret dəlil görmədiklərini deyib.
Kirbi mətbuat konfransında bildirib ki, ABŞ hökuməti HƏMAS-ın İsrailə hücumlarından sonra sahəyə qoşun göndərmək niyyətində deyil, lakin ABŞ regiondakı maraqlarını qoruyacaq.
İsraildən əlavə təhlükəsizlik tələb etməsini gözlədiklərini ifadə edən Kirbi, ABŞ-ın bu ehtiyacları ən qısa zamanda qarşılayacağını bildirib.