Avropa İttifaqı xarici işlər nazirlərinin fövqəladə toplantısına İsrail və Fələstin nazirlərinin də dəvət edildiyi bildirilib.
Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, verdiyi açıqlamada, İsrailin xarici işlər naziri Eli Cohen və Fələstin xarici işlər naziri Riyad əl-Malikini Aİ xarici işlər nazirlərinin İsrail-Fələstinlə bağlı qeyri-rəsmi fövqəladə toplantısına dəvət etdiyini söyləyib.
Ali Nümayəndə nazirlərin iştirakını təsdiq edib-etməməsi barədə məlumat verməyib.
Videokonfrans vasitəsilə keçiriləcək görüşün Brüssel vaxtı ilə saat 16.00-da başlaması planlaşdırılır.
AB və ona üzv dövlətlər HƏMAS-ın oktyabrın 7-də səhər saatlarında başlatdığı hücumlara reaksiya verərkən İsrailə dəstək mesajları yayıblar.
İsrail-Fələstin münaqişəsi
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib.
Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, fələstinli silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez Sərhəd Qapısına basqın edərək ələ keçirib.