USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Putinin Fələstinlə bağlı beynəlxalq ictimaiyyətə çağırışı

21.11.2023 Siyasət
1 0
Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin-İsrail məsələsi ilə bağlı qətnamələrinin sabotaj edildiyini ifadə edərək, “Beynəlxalq ictimaiyyəti gərginliyi azaltmağa, atəşkəs yaratmağa və Fələstinə siyasi həll yolu tapmaq üçün səyləri birləşdirməyə çağırırıq" deyib.

BRİKS liderləri və BRİKS-ə üzv olmağa dəvət olunan ölkələrin liderlərinin qatıldığı onlayn sammitdə Putin Qəzzadakı vəziyyətlə bağlı danışıb.

Cənubi Afrikanın təşəbbüsü ilə təşkil edilən sammitin Qəzza zolağındakı çətin vəziyyətə görə doğru zamanda keçirildiyini vurğulayan Putin, “Minlərlə insanın ölümü, mülki əhalinin kütləvi deportasiyası və bunun nəticəsində yaranan humanitar fəlakətdən narahatdır” dedi.

Çox sayda uşağın da həyatını itirdiyini bildirən Putin, "Bu, qorxunc bir şeydir, ancaq anesteziyasız əməliyyat edilən uşaqları görəndə bu, həqiqətən də müəyyən emosiyaları aktivləşdirir" deyib.

Putin regionda baş verənlərə görə ABŞ-ı günahlandırıb və deyib: “Bütün bu hadisələr əslində ABŞ-ın Fələstin-İsrail münaqişəsində vasitəçilik mövqeyini monopoliyaya almaq və onlardan ibarət Yaxın Şərq dördlüyünün fəaliyyətinə mane olmaq istəyinin birbaşa nəticəsidir" qiymətləndirməsini edib.