USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Brent markalı neftin bir barel qiyməti 82,19 dollardır

22.11.2023 İqtisadiyyat
0 0
Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 82,19 dollara satılır.

Ötən gün 82,54 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 82,45 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti bu gün 09.15-ə bağlanış vaxtı ilə müqayisədə 0,32 faiz azalaraq 82,19 dollar olub. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 77,52 dollara satılıb.

Neft qiymətlərində istiqamət axtarışları davam edir. Dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da tələbin azalması ilə bağlı məlumatlar qiymətlərə təsir göstərib. Amerika Neft İnstitutu ölkədə xam neft ehtiyatlarının 9 milyon 47 min barrel artdığını açıqlayıb. Bazar gözləntisi ehtiyatların 1 milyon 467 min barel artacağı idi.

Mənfi gözləntilər qiymətlərə təzyiq edir

ABŞ Enerji İnformasiya Administrasiyasının rəsmi səhm məlumatları bu gün açıqlanacaq. Qlobal iqtisadiyyatla bağlı mənfi gözləntilər qiymətlərə təzyiq etməkdə davam edir. Bazarların diqqəti həm də Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC hasil edən ölkələrdən ibarət OPEC+ qrupunun bazar konyukturasını qiymətləndirmək və hasilat siyasətlərini nəzərdən keçirmək üçün bazar günü keçiriləcək iclasındadır. İclasın ən mühüm mövzularından birinin Səudiyyə Ərəbistanının iyul ayından etibarən könüllü olaraq həyata keçirdiyi gündəlik 1 milyon barel əlavə hasilatın azaldılması olacağı gözlənilir.