ABŞ-ın Boliviyadakı keçmiş səfiri Roça casusluq ittihamı ilə saxlanılıb.
ABŞ-ın Boliviyadakı keçmiş səfiri Manuel Roça Kubaya casusluq ittihamı ilə Mayamidə saxlanılıb.
Associated Press-ə (AP) danışan və adının çəkilməsini istəməyən iki yüksək vəzifəli məmur, Federal Təhqiqatlar Bürosunun (FTB) Kubaya qarşı uzun müddətdir ki, “əks-kəşfiyyat” araşdırması apardığını qeyd edib.
Səlahiyyətlilər istintaq zamanı ABŞ-ın Boliviyadakı keçmiş səfiri 73 yaşlı Roçanın saxlanıldığını bildirib.
Bildirilib ki, Roça ABŞ Ədliyyə Nazirliyi tərəfindən “Kubanın maraqlarına xidmət etməkdə” ittiham olunub.
Məsələ ilə bağlı ABŞ-dan hələlik heç bir açıqlama verilməyib.