USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropada Putinin üstünlüyü danışılır

26.12.2023 Siyasət
0 0
Politico: "Putin zamanın onun tərəfində olduğunu bilir".

Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrinin sanksiyalarına baxmayaraq, zamanın onun tərəfində olduğunu bilərək siyasətini həyata keçirməkdə davam edir. “Politico”nun Avropa bölməsi Rusiya liderinin bu üstünlüyü barədə yazıb.

“Əlbəttə, sanksiyalar böyük narahatlıq yaradır, lakin onun avropalı dostlarının kiçik köməyi ilə iqtisadiyyat hələ də inkişaf edir. Bolqarıstandan Macarıstana, Avstriyaya və onun hüdudlarından kənara işgüzar və siyasi müttəfiqlər şəbəkəsi ilə Putin bilir ki, vaxt çox azdır və zaman onun tərəfindədir ", - deyə qeyd edilir.

“Politico” nəşri Rusiya liderinin “Rus rolunda ən yaxşı rusiyalı” nominasiyasında qalib seçildiyi “Backhanded Awards 2023” mükafatına həsr olunub.

Bundan əlavə, mükafat sahibləri arasında müxtəlif Avropa siyasətçiləri və rəy liderləri də var idi. O cümlədən, siyahıya İtaliya hökumətinin başçısı Giorgia Meloni, eləcə də isveçli ekologiya fəalı Qreta Tunberq daxil olub.

  • Əvvəlki

    İsrailin Hindistandakı səfirliyi yaxınlığında partlayış baş verib

Digər xəbərlər