USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Macarıstan İsveçin NATO-ya daxil olmasını təsdiqləyib

27.02.2024 Siyasət
0 0
Türkiyənin ardınca Macarıstan da İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib. Beləliklə, İsveçin ittifaqda iştirakına heç bir maneə yox idi.

Macarıstan parlamenti dünən İsveçin Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzvlüyünün təsdiqi məsələsini gündəliyə salıb.

İsveçin alyansa daxil olması parlamentdə 188 səslə qəbul edilib. Beləliklə, NATO-ya üzv olan bütün ölkələr İsveçin iştirakını təsdiqləyib. Səsvermədə 6 deputat əleyhinə səs verib.

Bugünkü səsvermə İsveçin NATO-ya üzvlük üçün müraciətindən 649 gün sonra və Macarıstan hökumətinin İsveç və Finlandiyanın iştirakını təsdiqləmək üçün parlamentə təklifini təqdim etməsindən 592 gün sonraya təsadüf edir.

Beləliklə, Macarıstanın təsdiqi ilə son NATO üzvü olan İsveç Finlandiyadan sonra Şimali Atlantika Alyansına qəbul edildi.

Qərardan sonra İsveçin baş naziri Ulf Kristersson X sosial media platformasında "Bu gün tarixi bir gündür. İsveç Avro-Atlantik təhlükəsizliyi üçün öz məsuliyyətini daşımağa hazırdır" deyib.