USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türk şirkətləri amerikalı diplomatların təhdidlərindən danışıb

27.02.2024 Siyasət
0 0
Aydınlık: ABŞ diplomatları Türkiyə şirkətlərini Rusiya ilə ticarətlə hədələyir.

Türk şirkətləri amerikalı diplomatlardan Rusiya ilə ticarətlə bağlı təhdidlər alır. Bu barədə yerli “Aydınlık” nəşri öz mənbələrinə istinadən yazır.

Qəzetin yazdığına görə, ABŞ-ın Türkiyədəki səfirliyi və konsulluqlarının əməkdaşları Rusiya Federasiyası ilə işləyən şirkət və bankların ofislərinə gələrək onları sanksiyalarla hədələyirlər. Şirkətlərin nümayəndələri bildiriblər ki, məmurlar onları müəssisələrə baş çəkməklə və ya ABŞ səfirliklərinə dəvət etməklə hədələyirlər. Söhbət rusiyalı tərəfdaşlarla iş aparan şirkətlərdən, eləcə də Rusiya Federasiyasına köçürmələr edən və ruslar üçün hesablar açan banklardan gedir.