USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kreml BRİKS ölkələri ilə hərbi təlimlərin keçirilməsi ehtimalını qiymətləndirib

05.03.2024 Siyasət
0 0
Uşakov: BRİKS ölkələri ilə birgə hərbi təlimlərin keçirilməsi planı yoxdur.

Rusiya BRİKS ölkələri ilə birgə hərbi təlimlər keçirməyi planlaşdırmır. TASS xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov manevrlərin baş vermə ehtimalını dəyərləndirib.

“Bizim assosiasiyada əməkdaşlığın hərbi və ya hərbi-texniki komponenti olmayıb. BRİKS-in bu cür qarşılıqlı fəaliyyət qurmaq, o cümlədən hərbi təlimlər keçirmək planları yoxdur”.

Rusiya liderinin köməkçisi vurğulayıb ki, Rusiyanın BRİKS-ə sədrliyi siyasət və təhlükəsizlik sahəsində geniş əməkdaşlıq gündəmini nəzərdə tutur.

Uşakov həmçinin qeyd edib ki, BRİKS formatında əməkdaşlıq Rusiya xarici siyasətinin əsas vektorlarından biridir. Onun sözlərinə görə, blok iştirakçıları ilə qarşılıqlı fəaliyyət ölkənin fundamental milli maraqlarına cavab verir. O əlavə edib ki, Moskva Qərbin sanksiyalarına baxmayaraq təşkilat daxilində fasiləsiz iqtisadi əməkdaşlığın yollarını araşdıracaq.