USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Netanyahu ABŞ mətbuatına danışıb: 'Həmas təslim olarsa...'

13.05.2024 Siyasət
0 0
İsrailin baş naziri Benyamin Netanyahu amerikalı yazıçı Den Senorla danışıb. Netanyahu bildirib ki, “Həmas təslim olarsa” İsrailin Qəzzaya hücumları sona çatacaq.

Amerikalı yazıçı Dan Senora danışan İsrailin baş naziri Benyamin Netanyahu, HƏMAS-ın qəbul etdiyi, lakin İsrailin rədd etdiyi atəşkəs və məhbus mübadiləsi razılaşmasının kölgəsində HƏMAS silahlarını yerə qoysa, İsrail Qəzzaya hücumlarını dayandırmağa hazır olduğunu bildirib.

Netanyahu, "Həmas silahlarını yerə qoysa, təslim olsa və əsirləri təhvil versə, müharibə sabah bitə bilər. HƏMAS rəhbərliyinin sürgünə getmək variantı hələ də qüvvədədir, biz bunu hər zaman müzakirə edə bilərik, amma ən mühüm məsələ silahlarını yerə qoysalar, müharibə bitəcək” dedi.

HƏMAS atəşkəs təklifini təsdiqləyib

HƏMAS Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə mayın 6-da Qətər və Misirin Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı təkliflərini bəyəndiyini bildirib.

Həmas Qətər və Misirin irəli sürdüyü “atəşkəs təkliflərini” təsdiqlədiyini elan etdikdən sonra İsrailin Hərbi Nazirlər Kabineti Rəfahdakı hücumları davam etdirməyə qərar verib.

İsrail ordusu mayın 6-da verdiyi açıqlamada məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılmasını istəyib və mayın 7-də səhər saatlarında Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçdiyini açıqlayıb. Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini bildirib.

HƏMAS mayın 10-da verdiyi bəyanatda vasitəçilərin atəşkəs təklifini rədd etməsindən sonra İsrailin əsir mübadiləsi razılaşması və Qəzzada atəşkəslə bağlı danışıqlar strategiyasını nəzərdən keçirəcəyini bildirib.

Oktyabrın 7-dən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 15 mini uşaq və 10 mini qadın olmaqla 35 mindən çox fələstinli həlak olub, 78 min 641 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.