USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yunanıstanda məmurların 'aşağı maaş' etirazı

21.05.2024 Siyasət
0 0
Yunanıstanda dövlət qulluqçuları ölkədəki iqtisadi vəziyyətə və aşağı maaşlara etiraz olaraq bir günlük tətil etmək qərarına gəliblər.

Dövlət Qulluqçuları Həmkarlar İttifaqı Konfederasiyası (ADEDY) dövlət qulluqçularının iqtisadi şəraitinin yaxşılaşdırılması tələbi ilə 24 saatlıq tətil elan edib.

ADEDY-nin çağırışı ilə Yunanıstanın paytaxtı Afinada Maliyyə Nazirliyinin qarşısına toplaşan dövlət qulluqçuları etiraz aksiyası keçirib.

Fəallar dövlət qulluqçularının maaşlarının artırılmasını, vergidən azad edilən gəlirlərin həcminin artırılmasını və dövlət qulluqçularının sayının artırılmasını tələb ediblər.