Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Rusiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Rusiya Prezidentinə raport verib.
Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi dövlət başçılarının qarşısından keçib.
Prezidentlər birgə foto çəkdiriblər.
Bakının 10 rayonu və Abşeronda iki gün su olmayacaq
Rusiya: Biz Ukrayna üçün sülh təkliflərimizi ləğv etməmişik