USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran ABŞ ilə danışıqlarda: Türkiyə, Körfəz ölkələri və Pakistanla əlaqə saxlayırıq

21.04.2025 Siyasət
0 0
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi region ölkələrinin də ABŞ ilə dolayısı danışıqlardan xəbərdar olduğunu bildirib və əlavə edib: “İran və ABŞ arasında aparılan danışıqlar çərçivəsində Fars körfəzi ölkələri, Pakistan və Türkiyə ilə yaxın təmas və məsləhətləşmələrimiz davam edir”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi həftəlik mətbuat konfransında ABŞ ilə davam edən dolayı danışıqlarla bağlı qiymətləndirmələr edib. İrana qarşı tətbiq edilən bütün sanksiyaların ədalətsiz və qeyri-qanuni olduğunu və buna görə də sanksiyalar arasında heç bir fərq qoymadıqlarını bildirən Bekayi, "Nüvə anlaşması ilə bağlı təcrübəmiz də aydındır. O dövrdə razılaşmanın pozulduğunu nəzərə alsaq, hər hansı danışıqlarda əsas tələbimiz sanksiyaların götürülməsidir ki, İranın konkret bank məsələsi və fəaliyyətini normal şəkildə davam etdirə bilsin. Nəticə əldə olunarsa, bu nəticənin qalıcı olacağını və tərəflərin öhdəliklərinə əməl edəcəyini təmin etmək üçün təminat məsələsi də gündəmdədir” deyib.

Bekayi çərşənbə günü İran və ABŞ arasında keçiriləcək ekspertlər səviyyəsində görüşə toxunaraq, "Sanksiyalar İranın sülhməramlı nüvə proqramı ilə bağlı əsassız narahatlıqlara əsaslanır, halbuki narahatlığa ehtiyac yoxdur. Razılaşma çərçivəsində müəyyən edilən detallar texniki danışıqlarda müzakirə olunacaq" dedi.

“Mətbuatda təfərrüatlar müzakirə olunmamalıdır”

Bekayi danışıqlarla bağlı irəli sürülən detalların həqiqəti əks etdirmədiyini və bunların sadəcə fərziyyə olduğunu bildirib. Belə bir prosesin təfərrüatlarının mediada müzakirə edilə bilməyəcəyini vurğulayan Bekayi, "Hələ yolun ən başındayıq. İran və ABŞ arasında dolayısı danışıqlar nüvə məsələsi və sanksiyaların ləğvi ilə məhdudlaşır. Prosesdə yalnız bu mövzularda danışıqlar aparılır" dedi.