İranın neft naziri Möhsün Paknejad Rusiyanın verdiyi kreditlə İranda yeni atom elektrik stansiyası tikəcəklərini açıqlayıb.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İran-Rusiya Müştərək İqtisadi Əməkdaşlıq Komissiyasının 18-ci iclası üçün Moskvada olan İranın neft naziri Paknejad iclasın yekun iclasında məsələ ilə bağlı açıqlama verib.
İran Buşehr Atom Elektrik Stansiyasında Rusiya ilə əməkdaşlıq edir
Komissiya iclasının dostluq və qarşılıqlı anlaşma şəraitində keçdiyini deyən Paknejad əlavə edib ki, İran və Rusiya “nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, yeni atom elektrik stansiyalarının tikintisi və Moskvanın krediti hesabına Buşəhr Atom Elektrik Stansiyasının ikinci və üçüncü fazalarının tamamlanmasında” əməkdaşlığı davam etdirəcəklər.
Moskva kreditlər verəcək
Paknejad İran və Rusiya arasında neft sənayesi və neft və qaz yataqlarının işlənməsi sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş əvvəlki razılaşmalara toxunaraq deyib: “Tehran və Moskva Qazprom ilə əməkdaşlıq müqavilələrinin həyata keçirilməsini və tamamlanmasını sürətləndirməyi hədəfləyirlər” ifadələrdən istifadə etdi.