USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kremldən ABŞ-a cavab! “Ukrayna böhranı bir gecədə həll olunmayacaq qədər mürəkkəbdir”

30.04.2025 Siyasət
0 0
Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukrayna ilə sülh danışıqlarına açıq olduğunu, lakin böhranın əsas səbəblərini bir gecədə həll etmək üçün çox mürəkkəb olduğunu bildirib. Peskov ABŞ-ın tez həll istəyini anladıqlarını, lakin Moskvanın prioritetinin öz milli maraqlarını təmin etmək olduğunu vurğulayıb.

Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın Ukrayna ilə sülh prosesində vasitəçilik cəhdlərini dəyərləndirib. Peskov Vaşinqtonun sülh danışıqlarında tez nəticə əldə etmək istəyini başa düşdüyünü, lakin böhranın kök səbəblərinin bir gecədə həll edilə bilməyəcək qədər mürəkkəb olduğunu vurğulayıb.

“Kiyevin buna hazır olub-olmadığını bilmirik”

Mövcud hadisələrlə bağlı açıqlama verən Peskov, "Prezident (Putin) bu münaqişənin həlli üçün siyasi və diplomatik üsullara açıqdır" dedi. Rusiyanın Ukrayna ilə birbaşa danışıqlara hazır olduğunu, lakin Kiyevdən hələlik heç bir cavab gəlmədiyini bildirən Peskov, “Ona görə də Kiyevin buna hazır olub-olmadığını bilmirik” deyib.