USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ prezidenti Tramp: Qəzzada atəşkəs qüvvədə qalır

20.10.2025 Siyasət
0 0
ABŞ prezidenti Donald Tramp Qəzzada atəşkəsin qüvvədə olduğunu və İsrailin Qəzzaya hücumlarını davam etdirdiyi bir vaxtda HƏMAS rəhbərliyinin "atəşkəs rejiminin pozulmasında iştirak etmədiyini" deyib.

ABŞ prezidenti Tramp Floridadan Vaşinqtona qayıdarkən təyyarədə mətbuata müraciət edərək cari hadisələri dəyərləndirib.

Qəzzada atəşkəsin hələ də qüvvədə olub-olmaması ilə bağlı suala Tramp “Bəli, belədir” cavabını verib.

Tramp İsrailin davam edən hücumlarını şərh etməyib, HƏMAS rəhbərliyinin “atəşkəsi pozmaqda iştirak etmədiyini” bildirib və HƏMAS daxilindəki bəzi üsyançı qrupları günahlandırıb.

Tramp, "Ancaq hər halda, bu vəziyyət lazımi şəkildə idarə olunacaq. Möhkəm, lakin uyğun şəkildə idarə olunacaq" dedi.

ABŞ prezidenti Qəzzada atəşkəsin davam edəcəyinə ümid etdiyini bildirib və "Həmas ilə sülhün davam etməsini təmin etmək istəyirik" deyib.