USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Saxlanılan icra başçısının qızı hakim, bacısı oğlu nazir müşaviridir

30.10.2025 Siyasət
0 0
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir.

Kommersant.az unikal.az-a istinadla xəbər verir ki, saxlanılan icra başçısının qızı Fəridə Rzayeva Suraxanı Rayon Məhkəməsinin hakimidir. O 2023-cü ildə hakim təyin edilib, daha əvvəl isə vəkillik fəaliyyəti ilə məşğul olub.

Sfera.az-ın məlumatına görə isə, İslam Rzayev həmçinin maliyyə nazirinin müşaviri Elman Mehdiyev də dayısıdır. E.Mehdiyev 2018-ci ildən bu vəzifədə çalışır. Bundan öncə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri olub.