USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AB: Rusiya və ABŞ nüvə sınaqları müzakirələrində eyni səbətə salınmamalıdır

30.10.2025 Siyasət
0 0
Avropa İttifaqı (AB) son günlərdə artan nüvə raket sınaqları müzakirələri ilə bağlı açıqlama verərək, "Rusiya və ABŞ eyni səbətə salınmamalıdır" deyib.

AB Komissiyasının sözçüsü Anitta Hipper jurnalistlərin bu məsələ ilə bağlı suallarını cavablandırıb.

Rusiyanın nüvə enerjisi ilə işləyən buraxılış sisteminə malik limitsiz mənzilli "Burevestnik" kruiz raketini sınamasına reaksiya verən Hipper, ABŞ prezidenti Donald Trampın nüvə silahı sınaqlarına başlamaq əmri ilə bağlı "müvafiq rəsmilərlə" "dərhal" danışmasını təklif edib.

Hipper qeyd edib ki, Rusiya düzgün istiqamətdə irəliləmir və Ukraynaya qarşı qanunsuz müharibə aparan bir ölkədir.

"Rusiya həmişə Avropa təhlükəsizliyi üçün təhdiddir"

Hipper "Bu sınaq bir daha göstərir ki, Rusiya sülhdən daha çox ritorikası və hərəkətləri ilə gərginliyi artırmağa üstünlük verir. Sınağın Avropa üçün təhdid olub-olmadığına gəldikdə isə, Rusiya həmişə Avropa təhlükəsizliyi üçün təhdiddir" deyib.

Hipper vurğulayıb ki, onlar bütün ölkələri Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə riayət etməyə çağırırlar, lakin Rusiyadan gözləntiləri azdır.

  • Əvvəlki

    Rusiya: Əgər dayandırılmış nüvə sınaqları həyata keçirilərsə, biz də eyni şəkildə hərəkət edəcəyik

Digər xəbərlər