Azərbaycanda vətəndaşın xəbəri olmadan adına kredit verilib - VİDEO

27.12.2018 Problemli Banklar
Vətəndaşın xəbəri olmadan adına kredit götürülüb.

"Kommersant.az" xəbər verir ki, hadisə Yevlaxda yaşayan Qəbələ sakini Anar Oruclunun başına gəlib.

Anar Oruclu özünə pul götürmək istəyəndə məlum olub ki, başqa bir bankdan onun adına 5 min manat kredit götürülüb. Həmin şəxs 6 ay öncədə adına kredit xətti açıldığını 1 ay əvvəl isə istifadə edildiyini öyrənib.

Arzuladığınız mənzil və ya torpaq sahəsinə sahib olun.

Anar Oruclu məsələ ilə bağlı Bankın Yevlax filalına müraciət edib. Oradan bildirilib ki, yaranan problemlə bağlı Naftalanada yerləşən filala yaxınlaşsın. Ordan isə məsələnin tezliklə həll ediləcəyi bildirilsə də, Qəbələ sakininin problemi həll edilməyib.

Məsələ ilə bağlı həmin bankın mərkəzi ofisi ilə əlaqə saxladıq.Verilən məlumata görə, həmin şəxsin adı səhvən bütün bankların ümumi sistemi olan ''Mərkəzi kredit reyesteri''nə daxil edilb. Bildirildi ki, sistem yenilənəndən sonra Anar Oruclunun adı ordan silinəcək.

  • Əvvəlki

    “Ölkədə monopoliyanın bir faizini göstərsəniz, mən istefa verərəm” - Gömrük Komitəsinin sədri

Digər xəbərlər

29.03.2021 Problemli Banklar
"Kapital Bank"ın havalanan - BANKOMATI
0 0
29.03.2021 Problemli Banklar
Ziya Məmmədovun bankını məhkəməyə verdilər
0 0