USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank VTB (Azərbaycan)"ın ümidi yenə də prezidentinə qalıb

15.02.2023 Problemli Banklar
32 9
“Bank VTB” (Azərbaycan)nın ümidi yenə də "yuxarılara" qalıb. Bank hazırkı yığılmış zərərinin həllini ancaq VTB-nin sədrində axtara bilərlər. Bu məsələ isə artıq alışdığımız daha doğrusu “Bank VTB (Azərbaycan)”ın alışdığı məsələdir. Çünki rusların bankı çətin vəziyyətə düşən kimi “yuxarılardan” dəstək əli əskik olmur.

Hələ 2018-ci ilin 1-ci rübündə “Bank VTB”nin prezidenti-idarə heyətinin sədri Andrey Kostin Davosda keçirilən Dünya iqtisadi forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə “Bank VTB (Azərbaycan)”ın kapitalını 265 milyon manat məbləğində artırmağı planlaşdığından danışırdı. O vaxtlar sözügedən bankın ölkəmizdəki filialının vəziyyəti daha da ağır idi. Hətta bu görüşü Azərbaycan mediası “Bank VTB (Azərbaycan) bağlanmamaq üçün prezidentdən vaxt istədi” başlığında vermişdi. Çünki 2018-ci ilin birinci rübündə bankın məcmu kapitalı da bank qanunlarına uyğun deyildi. Belə ki, o vaxtlar bankın məcmu kapital göstəricisi 37 milyon 860 min manat olub. Bu isə bank qanunvericiliyində nəzərdə tutulan tələbdən 12 milyon 140 min manat az idi. Hazırda isə bankın məcmu kapitalı Azərbaycan Mərkəzi Bankının (AMB) tələblərinə cavab verir. Amma bankın yığılmış zərəri 2018-ci ildən heç də geri qalmır.

“Bank VTB (Azərbaycan)” Rusiyanın Azərbaycandakı bankıdır. Bankın ölkəmizdə fəaliyyət göstərdiyi illərdə Rusiyanın əli sözügedən bankın üstündə olub. VTB-nin ölkəmizdəki filialında idarə heyətinin sədri bir neçə dəfə dəyişsə də, yığılan zərərdən qurtula bilmir.

“Bank VTB (Azərbaycan)”ın 2022-ci ilin sonunda yığılmış zərəri 236 milyon 833 min manat olub. Bu rəqəm 2021-ci ilin son rübündə 248 milyon 737 min manat, 2020-ci ildə 252 milyon 950 min manat, 2019-cu ildə 256 milyon 810 min manat, 2018-ci ilin sonunda isə 261 milyon 565 min manat olub. Yəni, bankın yığılmış zərəri 5 il ərzində bitib-tükənmək bilmir.

Bu dönəmlərdə “Bank VTB (Azərbaycan)”ın idarə heyətinin sədri Kirin Yevgeniy Anatolyeviç vəzifəsindən azad edildi və bankın idarə heyyətinə Okayev İqor Anatolyeviç təyin oldu. Amma O.İqor da sözügedən zərər məsələsini həll edə bilmir.

Bankın 2022-ci ilin sonunda əldə etdiyi xalis mənfəət yığılmış zərərin 4.7%-ni təşkil edib.

Beş ildir yaratdığı zərərin altında qalan rusların bankı yəqin ki, elə Rusiyanın ümidinə qalır. Ehtimal olunur ki, bankın prezidenti yenidən Azırbaycandakı filialına əl tutacaq və bununla da bank yeni səhifə açacaq. Açılan səhifənin yenidən zərərlə yazılacağı barədə dəqiq proqnoz vermək mümkün olmasa da, Kommersant.az olaraq məsələni diqqətdə saxlayacağıq.

Ardı 20.02.2023 tarixində

  • Əvvəlki

    Yelo Bank Türkiyəyə ianə etdi

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0