USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ASB ilk yarımilliyi azalmalarla başa vurub

04.08.2023 Problemli Banklar
7 55
“Azərbaycan Sənaye Bankı” (qısaca - ASB) 2023-cü ilin ilk yarısına olan hesabatını açıqlayıb. Hesabata görə ASB-nin məcmu kapitalı 2022-ci ilin son rübü ilə müqayisədə 1 milyon 911 min manat və ya 1.82 faiz artaraq 106 milyon 564 min manata yüksəlib.

Kommersant.az xəbər verir ki, ASB-nin aktivlər cəmi ötən ilin sonu ilə müqayisədə 40 milyon 8 min manat və ya 5.35 faiz azalaraq 707 milyon 533 min manata düşüb. Bu azalmada əsas səbəb bankın nastro hesablarının həcminin 43 milyon 627 min manat azalaraq 11 milyon 678 min manata enməsidir.

ASB-nin kredit portfeli isə 6 ay ərzində 427 min manat kiçilərək 241 milyon 169 min manat olub. Mümkün zərərlər üçün yaradılan ehtiyata 10 min manat ayırdığı üçün isə xalis kreditləri 417 min manat azlaraq 235 milyon 671 min manata düşüb.

Fiziki şəxslərin ASB-dən əmanətlərini çəkməsi bankın öhdəliklər cəminin azalmasına səbəb olub. Belə ki, bankın depozit portfeli 13 milyon 51 min manat və ya 2.9 faiz azalaraq 436 milyon 624 min manata düşüb. Fiziki şəxslərin bankdakı əmanətlərinin həcmi 35 milyon 477 min manat azalaraq 317 milyon 782 min manata bərabərləşib. Hüquqi şəxslərin əmanətləri isə 22 milyon 427 min manat artaraq 118 milyon 841 min manata yüksəlib. Yekunda bankın öhdəliklər cəmi 41 milyon 798 min manat və ya 6.55 faiz azalaraq 595 milyon 763 min manata düşüb.

ASB-nin cəmi kapitalı 1 milyon 711 min manat artaraq 111 milyon 770 manata çatıb. Bankın bölüşdürülməmiş mənfəətinin 1 milyon 978 min manat artaraq 46 milyon 691 min manata bərabərləşib. Ümumi ehtiyatlarını isə 268 min manat azaldaraq 5 milyon 78 min manata enib.

ASB

2023 (II Rüb)

2022 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

707,533

747,621

-40,008

Kreditlər

241,169

241,596

-427

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

5,498

5,508

-10

Xalis Kreditlər

235,671

236,088

-417

Cəmi Öhdəliklər

595,763

637,561

-41,798

Depozit

436,624

449,675

-13,051

Fiziki şəxslərin əmanətləri

317,782

353,259

-35,477

Hüquqi şəxslərin əmanətləri

118,841

96,414

22,427

Cəmi Kapital

111,770

110,059

1,711

Bölüşdürülməmiş mənfəət

46,691

44,713

1.978

Ümumi ehtiyatlar

5,078

5,346

-268

Məcmu kapital

106,564

104,653

1,911

ASB-nin faiz gəliri ötən ilin ilk yarısı ilə müqayisədə 3 milyon 858 min manat artaraq 15 milyon 991 min manata, faiz xərcləri isə 2 milyon 654 min manat artaraq 7 milyon 932 min manata yüksəlib. Nəticədə bank 8 milyon 56 min manat xalis faiz gəliri əldə edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 1 milyon 253 min manat və ya 18.4 faiz çoxdur.

Bankın qeyri-faiz gəliri 741 min manat artaraq 5 milyon 18 min manata, qeyri-faiz xərcləri isə 2 milyon 327 min manat artaraq 10 milyon 461 min manata çatıb. Buna görə də bankın əməliyyat mənfəəti 2 milyon 612 min manata bərabər olub ki, bu da 2022-ci ilin 2-ci rübü ilə müqayisədə 334 min manat azdır.

Əldə edilən əməliyyat mənfəətindən 150 min manat aktivlər üzrə yaradılan məqsədli ehtiyata ayrıldığı üçün bankın mənfəəti 2 milyon 462 min manat təşkil edib. 483 min manat mənfəət vergisi ödəyən ASB-nin xalis mənfəəti 1 milyon 978 min manat olub. Bu da keçən ilin analoji dövrü ilə müqayisədə 1 milyon 24 min manat və ya 34.11 faiz azdır.

ASB

2023 (II Rüb)

2022 (II Rüb)

Fərq

Faiz Gəliri

15,991

12,133

3,858

Faiz Xərci

7,932

5,278

2,654

Xalis Faiz Gəliri/Zərəri

8,056

6,803

1,253

Qeyri-Faiz Gəliri

5,018

4,277

741

Qeyri-Faiz Xərci

10,461

8,134

2,327

Əməliyyat Mənfəəti (Zərəri)

2,612

2,946

-334

Xalis Mənfəət (Zərər)

1,978

3,002

-1,024

ROA

0.28%

0.40%

-0.12%

ROE

1.77%

2.73%

-0.96%

  • Əvvəlki

    “Bank Respublika” altı ayı uğurla başa vurub

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0