Yel çərşənbəsində “Bank Respublika”dan əmanətlər üzrə - ƏLA təklif

11.03.2019 Sərfəli Banklar
“Bank Respublika”nın milli bayramımız olan Novruz bayramı münasibətilə başladığı “Qazandıran çərşənbələr” kampaniyasını davam edir.

Üçüncü çərşənbə olan - Yel çərşənbəsində, Bank vəsaitlərini yüksək faizlə artırmaq və etibarlı şəkildə qorumaq istəyən müştərilərini sevindirəcək. Belə ki, Bank yalnız bir gün 12 mart tarixində, Müddətli əmanət üzrə 100 000 manata qədər olan vəsaitlərini banka 1 il müddətinə yatıran və vəsaitlərini müddətin sonunda götürən müştərilərinə 1% əlavə BONUS hədiyyə edəcək!

Beləliklə, kampaniya çərçivəsində, müştərilər manatla banka yatırdıqları vəsaitlərini 11% + 1% faiz dərəcəsi ilə
etibarlı şəkildə artıra biləcək!

Bank Respublika AR Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və Banka yatırılan bütün əmanətlər Fondun şərtlərinə uyğun olaraq sığortalanır. Baharın gəlişi ilə vəsaitlərinizi etibarlı şəkildə qorumaq və əlavə gəlir əldə etmək istəyirsinizsə bu fürsəti əldən verməyin!

Bank Respublika-da əmanətlərin yerləşdirməsinin bir neçə üstünlükləri də var. Əmanətin qarşısında sərfəli şərtlər ilə kredit almaqla yanaşı Mobil və İnternet Şöbə xidmətlərindən tam pulsuz istifadə etmək olar.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

  • Əvvəlki

    Aeroportlarda sərnişinləri daha çox qıcıqlandıran məqamlar - SİYAHI

Digər xəbərlər

VTB