VTB (Azərbaycan) kredit kartları üçün güzəşt müddətini artırdı

“Bank VTB (Azərbaycan)-ın kredit kartları daha da sərfəli oldu. Maliyyə imkanlarından asılı olaraq müştəri kredit kartını ona lazım olan müddət üçün əldə edə, eləcə də uzadılmış güzəşt müddətinin üstünlüklərindən yararlana bilər. Bundan başqa, loyallıq proqramı çərçivəsində biz daim kartlar üzrə müxtəlif aksiyalar təklif edirik ki, bu da kart sahiblərinə xərclərinə qənaət etmək imkanı verir. Beləliklə, VTB (Azərbaycan)-ın kredit kartı ilə onlar həm xərcləyir, həm qazanırlar”- deyə, bank VTB (Azərbaycan)-ın Pərakəndə biznesin inkişafı departamentinin direktoru Yevgeni Borodin bildirib.
Kartı Facebook və ya WhatsApp mesencelərdəki DİRECT rəqəmsal bankı, eləcə də VTB (Azərbaycan)-ın saytı vasitəsilə bir neçə dəqiqə ərzində sifariş etmək olar.
Kredit kartları üzrə əlavə məlumatı korporativ saytdan almaq mümkündür.
Digər xəbərlər

Yelo Bank-da qadın əməkdaşların sağlamlığına həsr olunmuş tədbir keçirildi

TuranBank ASC müştərilərinə “Açıq bankçılıq” funksionallığını təqdim edib

Bank Respublika Azərbaycan özəl bankları arasında ən irihəcmli kredit sazişinə imza atdı

Yelo komandası Mərdəkan çimərliyində təmizlik aksiyası həyata keçirib

Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!
