USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Visa Direct Premium kredit kartının istifadəçiləri bonuslar qazanacaq

29.04.2021 Sərfəli Banklar
0 0
Bank VTB (Azərbaycan) Visa Direct Premium kredit kartı istifadəçiləri üçün Loyallıq proqramına start verdi. Yeni proqram çərçivəsində ticarət-iaşə müəssisələrində Visa Direct Premium kart sahibləri alış-veriş zamanı bonus şəkilində mükafat qazanacaq. Hər bonus 1 manata bərabərdir. 30 iyun tarixinədək bonuslar 2% həcmində nəzərdə tutulur.

Təklifin müddəti başa çatdıqda tranzaksiyanın məbləğindən asılı olaraq bonuslar 0,5%, 1% 1,5% təşkil edəcəkdir. Bonuslar kredit kartı ilə edilən alış-verişlər üçün nəzərdə tutulur və hər ay 5 iş günü ərzində hesablanır.

Bank kart sahibinə bonus balansı və istifadə qaydaları haqqında məlumatı SMS vasitəsilə təqdim edir. Bonusları əldə etmək üçün WhatsApp (+994 55 214 09 86), 986 qısa nömrəsi və ya [email protected] elektron ünvanı vasitəsilə bankla əlaqə saxlamaq və yığılmış bonusların geri qaytarılması üçün sorğu vermək lazımdır. Növbəti 3 iş saatı ərzində bank hesablanan məbləği müştərinin kart hesabına köçürəcəkdir.

VTB (Azərbaycan)-ın Loyallıq proqramı haqqında ətraflı məlumatı bankın korporativ saytında əldə etmək mümkündür.

  • Əvvəlki

    Sürücüləri qarət edən “İskəndər Asa" kimindir: Dövlət içində dövlət?

Digər xəbərlər

26.07.2024 Sərfəli Banklar
"Yelo Bank"ın kapitalı - ARTIB
0 0
25.07.2024 Sərfəli Banklar
"Turan Bank" 6 ayda mənfəət əldə edib
0 0
25.07.2024 Sərfəli Banklar
"Turan Bank"ın cəmi öhdəlikləri - ARTIB
0 0
23.07.2024 Sərfəli Banklar
İllik 9.5% ilə kredit üçün son bir həftə!
0 0
23.07.2024 Sərfəli Banklar
"Bank Respublika"nın aktivləri artıb
0 0