USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

QDTİB-ın Azərbaycan üzrə portfeli 33,5% azalıb

28.06.2018 İqtisadiyyat
0 0
2017-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycandakı layihələr üzrə cari portfeli 33,5% azalaraq 60,71 mln. avroya düşüb.

"Kommersant" xəbər verir ki, bu barədə bankın illik maliyyə hesabatında deyilir.

"1 yanvar 2018-ci il tarixinə bankın Azərbaycandakı layihələr üzrə portfeli 60,71 mln. avro təşkil edir (1 yanvar 2017-ci il tarixinə 91,296 mln. avro)", - deyə sənəddə bildirilir.

2018-ci il yanvarın 1-nə Azərbaycanın istifadə edilməmiş öhdəlikləri 18,791 mln. avro məbləğində qiymətləndirilir (2017-ci il yanvarın 1-nə 27,16 mln. avro).

Cari ilin əvvəlinə 1 mlrd. 135,081 mln. məbləğində kreditlər və kapitala 31,361 mln. avro məbləğində investisiya qoyuluşları daxil olmaqla QDTİB-nin kredit portfeli 1 mlrd. 166,442 mln. avro təşkil edir.

Qara Dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ilin yanvar ayında Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun təsisçiləri və səhmdarları 11 ölkənin – Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hökumətləridir. Bankın kapitalında Azərbaycanın payı 5%-dir.

İnterfaks

  • Əvvəlki

    Banklarda dolların alış və satış - QİYMƏTLƏRİ

Digər xəbərlər

15.04.2024 İqtisadiyyat
ABŞ Türkiyəni dolları ilə əzir
0 0
15.04.2024 İqtisadiyyat
Azərbacanda dollar bahalaşa bilər?
0 0