USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda orta aylıq əmək haqqı 9% artıb

15.05.2019 İqtisadiyyat
0 0
2019-cu ilin aprelin 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% artaraq 1 580,8 min nəfər olub.

"Kommersant.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlardan 896,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 684,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,2%-i təhsil, 18,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1%-i sənaye, 8,4%i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,9%-i tikinti, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 12,3%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Bu ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,5% artaraq 577,6 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Xatırladaq ki, martın 1-dən Azərbaycanda minimum əmək haqqı 50 manat və yaxud 38,5% artırılaraq 180 manata çatdırılıb.

  • Əvvəlki

    Elmar Vəliyevin nömrəsini əlindən aldılar - FOTOLAR

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0