Ancey Duda: “Polşa İpək yolunun inşasında iştirak edə bilər”

26.05.2018 İqtisadiyyat
“Polşa Azərbaycan, Gürcüstan, Ukrayna və digər Avropa ölkələrini birləşdirəcək nəqliyyat dəhlizinin inkişafına dəstək verə bilər”.

"Kommersant.Az" xəbər verir ki, bu barədə Polşa prezidenti Ancey Duda Tbilisidə keçirilən beynəlxalq “Krynica İqtisadi Forumu”nda çıxışında deyib.

A.Duda qeyd edib ki, Polşa həmçinin İpək yolunun inşasında da iştirak edə bilər.