USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əhalinin məşğulluğu sahəsində icra mexanizmləri təkmilləşdiriləcək

29.05.2018 İqtisadiyyat
0 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) peşə hazırlığına cəlb olunmaq üçün elektron qaydada müraciət sistemi tətbiq ediləcək.

ƏƏSMN-dən "Kommersant.Az"a verilən məlumata görə, əhalinin məşğulluğu sahəsində siyasətin və icra mexanizmlərinin təkmilləşdirilməsi, özünüməşğulluq proqramının səmərəliliyinin artırılması üzrə təkliflərin hazırlanması üçün yaradılmış İşçi qrupunun ilk iclası keçirilib.

İşçi qrupunun rəhbəri, ƏƏSMN-nin müavini Mətin Kərimli məşğulluq orqanları tərəfindən əhaliyə göstərilən xidmətlərin səmərəli təşkilinin, məşğulluq xidmətləri üzrə fəaliyyətin nümunəvi xidmət konsepsiyasına uyğun qurulmasının əsas hədəflərdən olduğunu qeyd edib.

Nazir müavini ilk növbədə fəaliyyət zamanı qarşıya çıxan və konkret nəticələrin əldə olunmasına mane olan problemlərin müəyyən olunmasının, bu məqsədlə məşğulluq orqanları tərəfindən müvafiq təkliflərin verilməsinin vacibliyini diqqətə çatdırıb.

İşçi qrupu tərəfindən konkret istiqamətlər üzrə görüləcək işlərdən bəhs edən M.Kərimli məşğulluq xidmətləri sferasında şəffaflığın və xidmətlərin çevik təşkilinin təmin olunması üçün əsasən bu xidmətlərin elektron müstəvidə qurulması məsələsinə toxunub. O bildirib ki, işsizlikdən sığorta ödənişinin verilməsi prosedurunun da elektron qaydada təşkili imkanları nəzərdən keçirilməlidir. Bu, qeyd olunan ödəniş növünün təyinatı və ödənilməsi prosesinin tam şəffaflaşmasına və xeyli sadələşdirilməsinə səbəb ola bilər.

Nazir müavini həmçinin işsiz və işaxtaranların məşğulluq orqanları tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunması sahəsində işlərin keyfiyyətinin və səmərəliliyinin artırılması, eləcə də, bu kursların keçirilməsi və nəticələri barədə hesabatlılığın təmin olunması üçün işçi qrupu tərəfindən görüləcək işləri qeyd edib.

M.Kərimli, eyni zamanda, peşə hazırlığına cəlb olunmaq üçün elektron qaydada müraciət sisteminin tətbiq edilməsinin məqsədəuyğun ola biləcəyini vurğulayıb. İclasda özünüməşğulluq proqramının ünvanlı sosial yardım proqramı ilə əlaqəli icrası və ünvanlı sosial yardımı alan aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin özünüməşğulluq proqramına cəlb olunması sahəsində tədbirlərin səmərəli təşkili, proqramın ünvanlılığının qiymətləndirilməsi üzrə monitorinq sisteminin, məşğulluq mərkəzlərinin fəaliyyətinin qiymətləndirilməsi mexanizminin formalaşdırılması və s. istiqamətlərdə görüləcək işlər müzakirə olunub. İşçi qrupunun üzvlərinə konkret tapşırıqlar verilib.

  • Əvvəlki

    Avro "İtaliya ilə" ucuzlaşır

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0