USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Palata beynəlxalq təşkilata üzv oldu

13.06.2018 İqtisadiyyat
0 0
“Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə kapital bazarlarının inkişaf etdirilməsi, emitent və investorların aktivliyinin artırılması strateji hədəfi istiqamətində həyata keçirilən çoxsaylı tədbirlər nəticəsində Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) növbəti uğura imza atıb.

Palatadan "Kommersant"a daxil olmuş məlumatda bildirilir ki, 2018-ci ilin 27 aprel tarixində Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının (IOSCO) Katibliyinə rəsmi qaydada müraciət etmiş Palata IOSCO-nun İdarə heyətinin qərarına əsasən cari ilin iyun ayından təşkilatın Assosiativ üzvlüyünə qəbul edilib.

IOSCO qiymətli kağızlar bazarına nəzarət üzrə qlobal standartları müəyyən edən, bu istiqamətdə tənzimlənmə və nəzarət, risklərin müəyyənləşdirilməsi və minimallaşdırılması, habelə maliyyə bazarlarına təsir edə bilən digər məsələlər üzrə xüsusi əməkdaşlıq platformasını təmin edən beynəlxalq təşkilatdır.

IOSCO-nun üzvü olaraq, Respublikamızı təmsil edən Maliyyə Bazarlarına Nəzarət Palatası qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə standartların hazırlanması, tətbiqi və beynəlxalq səviyyədə harmonizasiyası prosesində iştirak etmək, həmçinin IOSCO-nun təcrübə mübadiləsi, təlim proqramları və biliklərin bölüşdürülməsi platformasından faydalanmaq imkanı əldə edəcəkdir. Bununla yanaşı Palata IOSCO-nun daxili komitələrində, o cümlədən Prezidentlər komitəsi, Avropa regional komitəsi, İnkişaf etməkdə olan bazarlar komitəsində təmsil olunacaq.

IOSCO-ya üzvlük ölkənin qiymətli kağızlar bazarının qabaqcıl meyarlara uyğunluğunun göstəricisi olmasını nəzərə alaraq, Azərbaycana beynəlxalq investorların cəlbini mümkün edəcəkdir. Bu da, öz növbəsində qiymətli kağızlar bazarının inkişafına töhfə verəcəkdir.

  • Əvvəlki

    “Biz Azərbaycan və Türkiyə ilə birlikdə TANAP-a fəal şəkildə qoşulmuşuq”

Digər xəbərlər