Alış-veriş zamanı çekləri atmayın - ƏDV GERİ QAYTARILIR

04.01.2019 Sosial
Məlum olduğu kimi, yanvarın 1-dən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə ciddi dəyişikliklər qüvvəyə minib. Bu dəyişikliklərdən biri alınmış hər hansı bir məhsulun və ya xidmətin qiymətinə daxil olan ƏDV-nin bir hissəsinin geri qaytarılmasıdır.

"Kommersant.az" xəbər verir ki, pərakəndə satış və ya iaşə obyektlərində satınalma və ya xidmət üçün ödəniş edərkən alıcı ƏDV-nin 10 və ya 15% - i sizə geri qaytaracaq.

Buraradn belə nəticə çıxır ki, Azərbaycanda ƏDV dərəcəsi 18% təşkil edirsə, sərf olunan hər 100 manata görə 1,8 və ya 2,28 AZN qaytarılacaq.

Yeni qaydaların 1 yanvarda qüvvəyə minmiş olmasına baxmayaraq, vətəndaşlara ƏDV-nin qaytarılmasına bir neçə aydan sonra başlanılacaq. Vergilər Nazirliyinin məlumatına görə, Prezident İlham Əliyev Nazirliyə müvafiq qaydaların layihəsini hazırlamağı tapşırıb. Nazirliyə layihənin hazırlanması üçün üç ay müddət verilib.

Qaydalar işlənib hazırlandıqdan sonra vətəndaşlar aprel ayından etibarən pullarını geri ala biləcək.

Nazirlik vətəndaşları pul çeklərini saxlamağa çağırıb.