Qarabağ Azərbaycandır!

Nazim Şükürova yüksək - VƏZİFƏ VERİLDİ

16.01.2019 Sosial
AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

"Kommersant.az" xəbər verir ki, "AMEA Yüksək Texnologiyalar Parkı" MMC-yə yeni direktor təyin olunub.

Qurumdan verilən məlumata görə, bu barədə qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul edilib.

Qərara əsasən, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov MMC-yə direktor təyin olunub.

AMEA Rəyasət Heyəti aparatının Katibliyinin müdiri vəzifəsinə də təyinat olub. Bu vəzifə Rəqsanə Əzizovaya həvalə edilib.