USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mentor Talks-un spiker və mövzuları elan olundu, bilet satışlarına başlanıldı

05.02.2019 İqtisadiyyat
1 0
Mentor Talks "Menecment” tədbiri mart ayının 3`ü Avropa Azərbaycan Məktəbində (Badamdar filialı) keçiriləcək.

"Kommersant.az" xəbər verir ki, təcrübəli 7 spikerin çıxış edəcəyi tədbir saat 14:00-dan 18:00-a qədər davam edəcək.

Spikerlər və mövzuları:
Yaqub Rəhimov (7Marketz Group CEO) - İdeyadan Biznesə,
Alper Tunca (Mentoria GLOBAL qurucusu) - A-dan Z-yə Layihə Menecmenti,
Aqil Allahverdiyev (İnsan Resursları üzrə konsultant) - Sadəcə ünsiyyət
Kamran Ağayev (ACE Director) - Səsini dünyaya çatdır!,
Nəsimi Paşayev (HUNER GROUP PR və marketinq director) - PR-ın gücü ilə idarə et!,
Azad Qəhrəmanov (SAT Group şirkətinin direktoru) - Maksimum satış və
Elşən Məhərov (Marketinq menecer) – Azadlıq markanın günəşidir.

Bu dəfəki şüarı "Gələcəyini idarə et!" olan tədbirin məqsədi menecmentin müxtəlif sahələrindən olan spikerlərin öyrədici və ilham verən çıxışları ilə insanları davamlı inkişafa sövq etməkdir.

İştirakçılar tədbirdə, Biznes menecment, Marketinq menecment, Layihə menecmenti, PR menecment, Satış menecmenti, IT menecment, Kommunikasiya menecmenti olmaqla 7 fərqli mövzuda xarici və yerli spikerlərdən məlumatlar almaq, davamlı inkişafa meyilli insanlarla "networking" və ianəli bilet alaraq tədbirin sosial tərəfi olan "Gələcəyini Qur!" layihəsinin gənclərinə dəstək olma imkanı əldə edəcəklər.

Tədbirdə iştirak etmək istəyənlər təklif olunan Standart (29 AZN) və İanəli (39 AZN) biletlərdən birini seçə bilərlər. İanəli biletin standart biletdən fərqi ondadır ki, həmin bilet məbləğinin 10 AZN’i ilə Gələcəyini Qur! layihəsinin gənclərinə dəstək olunacaqdır.

Qeyd edək ki, bu dəfəki tədbirdə sırf bakalavr pilləsində təhsil alan tələbələr üçün də xüsusi biletlər ayrılıb. Tələbələr üçün nəzərdə tutalan biletlərin qiyməti 20 AZN təşkil edir.

Məlumat üçün qeyd edək ki, tədbirin biletləri artıq satışdadır.

Biletləri əldə etmək üçün www.mentor.az saytından qeydiyyatdan keçə, Mentor Talks’un Facebook səhifəsi ilə (https://www.facebook.com/mentor.az/) və ya aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:

Mob: (070) 296 64 66

Yerinizi rezerv etməyə tələsin! İndi sifariş edin!

  • Əvvəlki

    “Bank BTB” müştərilərin gömrük üzrə rüsum ödənişlərinə təminat verir

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0