DİM "Magistr" jurnalının 4-cü nömrəsini nəşr edib
DİM-dən "Kommersant.Az"a verilən məlumata görə, jurnalın bu nömrəsində 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) magistraturalarına qəbul imtahanının ikinci mərhələsi və ixtisaslaşma seçimi haqqında elan dərc olunub.
Bu nömrədə həmçinin "Bakalavrın elektron әrizәsi"ndә ixtisaslaşmaların seçimi vә tәsdiqi üçün tәlimat, elektron ərizə formasının nümunəsi, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə ümumi qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunub. AMEA-nın magistraturasına 2018/2019-cu tədris ili üçün qəbul aparılan ixtisaslaşmalar, müsabiqə şərtləri və müsahibənin keçiriləcəyi ünvanlar haqqında məlumat da jurnalın bu nömrəsində verilib.
DİM bakalavrların nəzərinə çatdırır ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı bir jurnalda – Azərbaycan dilində dərc edilib.
Digər xəbərlər
Fitch xəbərdarlıq edir: Müharibə uzanarsa, inkişaf etmiş ölkələrdə risklər artacaq
Türkiyə-İraq razılaşmasından sonra neft qiymətləri düşdü: 103 dollardan aşağı düşdü
ZEW: Yaxın Şərqdəki müharibə Almaniya iqtisadiyyatına olan inamı sarsıdır
İspaniya neft qiymətlərinin artmasına cavab olaraq 11,5 milyon barel neft buraxacaq
"AFB Bankın" keçmiş vəzifəlisi həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib
Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatına ötən il 7 milyon dollardan çox investisiya yatırıb


.jpg)



.jpg)



















.jpg)






































