Səlim Müslümov yeni vəzifəyə təyin olundu

12.06.2019 Sosial
Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov yeni vəzifəyə təyinat alıb.

"Kommersant.az" redaktora istinadən xəbər verir ki, sabiq nazir Milli Aviasiya Akademiyasında Dünya İqtisadiyyatı kafedrasının müdiri vəzifəsinə təyin olunub.

Səlim Müslümov məlumatı Redaktor.az-a təsdiq edib.

Professor Səlim Müslümova elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq!

VTB