USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ceyhun Bayramov şöbə müdirini vəzifəsindən azad etdi

11.07.2019 Sosial
0 1
Tərtər Rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb.

"Kommersant.az" Report-a istinadən xəbər verir ki, bununla bağlı Təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Surxay Mirzəyev Tərtər Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Hələlik bu vəzifəyə yeni təyinat olmayıb.

Qeyd edək ki, S.Mirzəyev 2015-cü ildən Tərtər Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışırdı.