USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Səhliyalı” şirkətində qanvermə aksiyası keçirilib

06.08.2019 Sosial
0 0
"Səhliyalı” müəssisəsində avqustun 6-da "Qan ver, həyat qurtar” devizi altında qanvermə aksiyası həyata keçirilib.

"Kommersant.az" xəbər verir ki, Qurban bayramı ərəfəsində baş tutan aksiyada məqsəd hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək olub.

Şirkət rəhbərliyinin təşəbbüsü ilə Mərkəzi Qan Bankının həkim heyəti tərəfindən həyata keçirilən aksiyada müəssisənin onlarla əməkdaşı donor qismində fəal iştirak edib.

Qeyd edək ki, "Səhliyalı” şirkətinin rəhbərliyi və kollektivi sağlam gələcək naminə belə sosial tədbirlərin həyata keçirilməsini vacib hesab edir. Hemofiliya və xəstələrinin qana olan ehtiyaclarını ödəmək üçün gələcəkdə də bu cür aksiyaların daha geniş və mütəmadi keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, "Talassemiya” dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir. Ölkəmizdə 3500-ə yaxın talassemiyalı xəstə var və onlardan 1200-ü qan transfuziyasından asılı olanlardır.