USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Peşə təhsili müəssisələrinə qəbul olanların qeydiyyatı başlayıb

22.08.2019 Sosial
0 0
Bu gündən peşə təhsili müəssisələrinə qəbul olanların qeydiyyatı başlayıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Kommersant.az"a verilən məlumata görə, ixtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər sənədlərini 22-27 avqust tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, avqustun 21-də 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb. Peşə təhsili müəssisələrinə avqustun 5-dən 20-dək keçirilən birinci mərhələdə 11000-dən çox ərizəçi müraciət edib. Onlardan 8808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

Xatırladaq ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə “ASAN xidmət” mərkəzlərində elektron qaydada həyata keçirilib.

Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılıb.