USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcra Hakimiyyətinin binası təxminən 1 milyon manata təmir ediləcək

28.08.2019 Sosial
0 0
Gədəbəy Rayon İcra Hakimiyyətinin inzibati binası əsaslı təmir edilərək yenidən qurulacaq.

"Kommersant.az" xəbər verir ki, Gədəbəy Rayon İcra Hakimiyyəti bu məqsədlə elan etdiyi təkliflər sorğusuna yekun vurub. Belə ki, "Azərtranss" MMC qalib elan edilib.

"Azərtranss" 933 min 623.8 manat alaraq Gədəbəy Rayon İcra Hakimiyyətinin inzibati binasında əsaslı təmir və yenidənqurma işlərini həyata keçirəcək. Gədəbəy Rayon İcra Hakimiyyəti və "Azərtranss" arasında müqavilə imzalanıb.