USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pulsuz Wi-Fi istifadəsində sizi gözləyən təhlükə

27.09.2019 Sosial
0 0
Pulsuz Wi-Fi şəbəkələri hakerlərə insanların məlumatlarını əldə etmək üçün fürsət yaradır.

Qoşulduğumuz mobil internet sistemində nəinki kimlərin olduğunu, ümumiyyətlə, verilən icazələrin həcmini də bilmirik.

"Kommersant.az" TED.az-a istinadən xəbər verir ki, bu yazıda kiberhücum təhlükəsinə qarşı nə etməli olduğunuza dair məlumatlarla tanış ola bilərsiniz:

- Tətbiq yükləyərkən diqqətli və seçici davranın;

- Hər proqramı yüklədiyinizdə icazə pəncərəsini diqqətlə oxuyun;

- Telefon sistemini şifrələyin;

- Bank tətbiqlərini hər hansı bir linkdən istifadə edərək yükləməyin;

- Giriş icazələrini bağlayın;

- İctimai WiFi şəbəkələrinə qoşulmayın;

- Başqalarının hesablarınıza girməməsi üçün əlavə bir təhlükəsizlikqorumasından istifadə edin;

- Həssas məlumatları telefonunuzda saxlamamağa çalışın;

- Lazım olmayanda Bluetooth-u söndürün;

- Cib telefonunuzu satarkən və ya təmirə göndərərkən sim kart məlumatlarınızı silin.