Qida zəhərlənmələri ilə bağlı AQTA-ya 25 müraciət daxil olub

01.11.2019 Sosial
Ötən ay Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 2030 müraciət daxil olub.

"Kommersant.az" AQTA-ya istinadən xəbər verir ki, daxil olan müraciətlərdən 374-ü sertifikatlaşdırma və qeydiyyat, 476-ı idxal-ixrac əməliyyatları, 180-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı agentliyə 25 müraciət daxil olsa da, onlardan yalnız 8-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 104-ü işə qəbulla, 871-i isə digər xarakterli müraciətlər olub.

  • Əvvəlki

    Bakıda işıqforların işində problem yaranıb

Digər xəbərlər

06.12.2022 Sosial
Sabahın hava proqnozu AÇIQLANDI
0 0
05.12.2022 Sosial
Bakıya qar yağacaq
0 0