USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Göyçayda Nar festivalı keçiriləcək

06.11.2019 Sosial
0 0
Noyabrın 9-10-da Göyçay Şəhər İcra Hakimiyyətinin dəstəyi, “Aznar” şirkətinin baş sponsorluğu ilə Nar festivalı və “Aznar” şirkətinin 50 illik yubileyi keçiriləcək.

“Aznar”dan verilən məlumata görə, şəhərin mərkəzində təşkil olunacaq festivalda müxtəlif nar növlərindən hazırlanmış təamlar, şirniyyatlar, nar şirələri, şərablar nümayiş olunacaq. Ziyarətçilər nardan hazırlanmış təamların dadına baxmaq imkanı əldə edəcəklər. Bununla yanaşı festival çərçivəsində qonaqlar rəssamların əl işlərindən ibarət sərgi ilə yaxından tanış olacaqlar. Festival çərçivəsində musiqili proqram, rəqs qruplarının çıxışları gözlənilir.

Nar festivalında əyləncəli müsabiqələr də keçiriləcək. Ziyarətçilər həmin müsabiqələrdə iştirak edərək qalib olmaq şansı qazanacaqlar.

Günün sonunda isə “Aznar” şirkətinin 50 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert baş tutacaq. Festival atəşfəşanlıqla başa çatacaq.

Qeyd edək ki, Nar festivalı 2006-cı ildən etibarən hər il keçirilir. Festivalda hər il 15 mindən çox insan iştirak edir.