USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABA ilə IFC arasında əməkdaşlığa dair müqavilə imzalanıb

06.11.2019 İqtisadiyyat
0 0
Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

"Kommersant.az" xəbər verir ki, sənəd bu gün Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq Forumu çərçivəsində imzalanıb. Sənədi ABA-nın prezidenti Zakir Nuriyev və IFC-nin Azərbaycan ofisinin rəhbəri Aliyə Əzimova imzalayıblar.

Sənədə əsasən, hər iki qurum elektron və rəqəmsal maliyyə xidmətləri çərçivəsində əməkdaşlıq edəcək.

Layihə İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdiriləcək. (Apa.Az)