Azərbaycanda həkim koronavirusa yoluxdu

15.05.2020 Sosial
Azərbaycanda daha bir səhiyyə işçisi koronavirusa yoluxub.

"Kommersant.az"-ın məlumatına görə, Gədəbəy rayon Mərkəzi Xəstəxanasının ginekoloqu Çimnaz Əliyeva koronavirusa yoluxub. Ç. Əliyeva ilə yanaşı ailə üzvlərində də koronavirus infeksiyası aşkarlanıb.

Virus səbəbindən Gədəbəy rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti məhdudlaşdırılıb və tibb müəssisəsinin yalnız reanimasiya şöbəsi fəaliyyət göstərir..

Xəstəxanadan verilən açıqlamada Ç. Əliyevanın koronavirus infeksiyasına yoluxması faktı təsdiqlənib.

Qeyd edək ki, Ç. Əliyeva və ailə üzvləri Bakıya gətirilərək xəstəxanalardan birinə yerləşdiriliblər.Unikal.org

VTB