USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın neft ixracından gəlirləri 15,1% azalıb

15.05.2020 İqtisadiyyat
0 0
2020-ci ilin yanvar-aprel aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 11 milyon 839 min 761,59 ton neft məhsulları ixrac edib. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Hesabat dövründə Azərbaycandan $4 milyard 821 milyon 16,71 min dəyərində neft ixrac olunub.

Yanvar-aprel aylarında ümumi ixrac strukturunda neftin payı 76,45% təşkil edib.

2019-cu ilin yanvar-aprel aylarında $5 milyard 678 milyon 799,44 min dəyərində 12 milyon 61 min 695,52 ton bəyan edilmiş neft məhsulları ixrac edilib. Beləliklə, 2020-ci ilin müvafiq dövründə ixracın həcmi miqdar ifadəsində 1,8%, dəyər ifadəsində 15,1% azalıb.

Gömrük bəyannamələrinə əsasən ötən il Azərbaycandan $14 milyard 814 milyon dəyərində 30 milyon 837,085 min ton neft məhsulları (miqdar ifadəsində artım 4,5%, dəyər ifadəsində artım 5,8%) ixrac olunub.